AZ

“Kor olmaya səbəb ola bilər”

Saxta kirpiklərin istifadəsi getdikcə adi hala çevrildiyindən, mütəxəssislər ciddi sağlamlıq risklərinə diqqət çəkirlər.

Harvard Universitetinin məzunu, amerikalı həkim Saurabh Seti saxta kirpik tətbiqlərində istifadə edilən yapışdırıcıların uzun müddət istifadədə korluğa və ya sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“İnstagram”da yerləşdirdiyi və 120 min dəfədən çox baxdığı videoda danışan doktor Seti bu məhsullarda tez-tez istifadə edilən yapışdırıcıların adətən formaldehid adlı təhlükəli kimyəvi maddənin olduğunu bildirib. “Saxta kirpiklər populyarlıq qazanır, lakin bu yapışqanlar allergik reaksiyalara, kirpiklərin tökülməsinə və bəzən korluğa səbəb ola bilər”, – deyən Seti və formaldehidsiz yapışdırıcıları seçməyi və ya saxta kirpiklərdən tamamilə uzaq durmağı tövsiyə etdi.

Yapışqanın ömrünü uzatma və keyfiyyətini artırmaq üçün ona tez-tez formaldehid əlavə olunur.

Formaldehid yüksək konsentrasiyalarda tənəffüs problemlərinə, baş ağrılarına, dərinin qıcıqlanmasına və hüceyrə funksiyasının pozulmasına səbəb ola bilər.

2022-ci ildə Amerika araşdırması satışda olan 37 kirpik yapışdırıcısını araşdırıb. Nəticələrə görə, sınaqdan keçirilmiş 20 peşəkar məhsulun 75 faizində formaldehid tapılıb. Bu nisbət istehlak məhsullarında yüzdə 24 olaraq təyin olunub. Üstəlik, bəzi yapışdırıcıların etiketlərində formaldehid tərkibinə dair heç bir işarə olmayıb.

***

2012-ci ildə Yapon tədqiqatı 100 qadın üzərində saxta kirpiklərin istifadəsi ilə bağlı göz xəstəliklərini araşdırıb. İştirakçıların 40 faizinin yapışdırıcılara qarşı allergik reaksiyası olub.

Ən çox rast gəlinən keratokonjunktivit olaraq təyin olunub. Bu, həm buynuz qişaya, həm də konjonktivaya təsir edən iltihablı bir göz xəstəliyidir. Tədqiqat həmçinin bəzi qadınlarda göz qapaqlarının iltihabını (blefarit) aşkar edib.

Göz qapaqlarının kənarlarında yerləşən saç kökləri və antimikrob bezlər göz sağlamlığı üçün çox vacibdir. Bu həssas nahiyəyə tətbiq olunan yapışdırıcılar ciddi fəsadlara səbəb ola bilər.

Nəhayət, 2023-cü ildə Çin alimləri tərəfindən aparılan araşdırma, kirpiklərin təkcə estetik deyil, həm də bioloji əhəmiyyətli bir funksiyaya sahib olduğunu ortaya qoyub.

Kirpiklər – tər və suyun istiqamətləndirilməsi, gözün səthinə hava axınının azaldılması, göz yaşı tarazlığının qorunması və gözü toz hissəciklərindən qorumaq kimi mühüm vəzifələri öz üzərinə götürürlər.

Seçilən
7
vaxt.az

1Mənbələr