Bu il coğrafiya, fizika, biologiya, kimya və informatika fənlərindən sertifikasiya imtahanları keçiriləcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini, Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.
"İmtahan zamanı yanlış cavablar doğru cavablara təsir etmir. İmtahan sonunda müəllimlər öz nəticələri ilə tanış ola bilirlər", - deyə o əlavə edib.