Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2025-ci ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olmaqla 2024- cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 18,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyd edilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artaraq 28,7 milyard manata bərabər olmuş, onun 42,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.