İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır.
Far.Az Haber Global-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri öncəsi bəzi mətbuat orqanları vasitəsilə həyata keçirilən çirkli oyunlar diqqət çəkir.
Hər iki lider bir araya gələndə eyni dairələr hərəkətə keçir. İsrail-Fələstin qarşıdurmasını bəhanə edərək Türkiyə-Azərbaycan dostluğunu hədəfə almağa cəhdlər olur. Təxribatçılar faktlara və Azərbaycanın rəsmi açıqlamalarına məhəl qoymurlar.
Daha ətraflı Haber Globalın hazırladığı sujetdə.