AZ

Azneftdə “KIA” alovlandı Yol polisi sürücünün köməyinə gəldi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Azneft dairəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 15-də gecə saatlarında qeydə alınıb. Belə ki, “KIA” markalı maşının ön hissəsi qəfil alovlanmağa başlayıb. Bu vaxt  Xoşbəxtlikdən hadisə zamanı maşında insan olmayıb. Bu vaxt ərazidə olan vətəndaş və DYP əməkdaşları yardım ediblər. Kadrdan da göründüyü kimi, yol polisləri odsöndürən balonunun köməyi ilə yanğını söndürərək alovun maşının digər hissələrinə keçməsinin qarşısını alıblar. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, yanğın zamanı avtomobilin daha az zərər görməsi üçün hər bir sürücü nəqliyyat vasitəsində qaz balonu daşımalıdır. Əks halda alov maşının digər hissələrinə yayılaraq onun tamamilə yararsız hala düşməsinə gətirib çıxaracaq. 

Təəssüf ki, əksər sürücülərin maşınlarında yanğınsöndürən balon olmur. Nəticədə belə bədbəxt hadisələr zamanı videodakı sürücü kimi çıxılmaz vəziyyətdə qalırlar.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr