ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaço İngiltərənin başqa klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, “Tottenhem” klubu argentinalı yarımmüdafiəçini sıralarına qatmaq istəyir. Paytaxt klubunun rəhbərliyi 20 yaşlı oyunçunun keçidini yay "transfer pəncərəsi"ndə tamamlamağı hədəfləyir.
Qarnaçonun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Argentinalının İngiltərə nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, başa çatan mövsümdə bütün turnirlərdə 58 matça çıxan Qarnaço 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Mirağa
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.