AZ

Azərbaycan Mərkəzi Bankı “Azvvallet”ə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə Busaat.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

Xatırladaq ki, AMB bundan əvvəl 17 şirkətə elektron pul təşkilatı, şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 27-yə çatıb.

Seçilən
5
5
busaat.az

6Mənbələr