sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Karvan"ın Premyer Liqaya vəsiqə qazanmasında pay sahiblərindən biri olan Bəhruz Teymurov baş məşqçi ilə görüşü gözləyir. Bu barədə Sport24.az-a məlumatı futbolçunun özü verib. O, Birinci Liqa klublarından təklif alsa da, ilk növbədə Yevlax klubunda qalmaq barədə düşünür: "Birinci Liqa komandalarından təkliflərim var. Amma heç biri ilə danışıq aparmamışam. "Karvan"la görüşümüz olmayıb deyə, yekun qərar verilməyib. İnşallah, iyunun 20-dən sonra bütün suallara aydınlıq gələcək".Qeyd edək ki, Teymurov ötən mövsüm Birinci Liqada 13 qolla yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.