AZ

Yanvar-aprel aylarında 1000 əkiz, 42 üçəm doğulub

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 31 min 462 doğulan körpə qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 10-dan 9.4-ə düşüb.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.4, qız uşaqlarının xüsusi çəkisi isə 46.6 faiz olub.

Körpələrdən 1000-i əkiz, 42-si isə üçəm doğulub.

Bu ilin ilk dörd ayında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 6.2-dən 6.1-ə qədər azalıb.

Seçilən
0
4
azertag.az

5Mənbələr