AZ

Azərbaycanda əhalinin sayı artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 11 min 338 nəfər və ya 0,1 faiz artaraq, 2025-ci il mayın 1-nə 10 milyon 236 min 227 nəfərə çatıb.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə iyunun 1-dək 14 min 843 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 min 216 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 48 min 209 nəfərdir.

Seçilən
0
33
operativmedia.az

10Mənbələr