AZ

Fars: İranın İsrailə raket zərbələri Təl-Əvivi iflic vəziyyətinə salıb

İran Silahlı Qüvvələrinin İsrail ərazisinə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic vəziyyətinə salıb.

Herbiand.az bildirir ki, bu barədə “Fars” agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, insanlar vaxtlarının çoxunu bomba sığınacaqlarında keçirirlər. Xarici diplomatlar, səfirlik əməkdaşları və İsrail vətəndaşları hazırda ölkəni tərk edirlər. Onlar quru sərhəd olan İordaniya, eləcə də Aralıq dənizi vasitəsilə Kiprə doğru gedirlər.

Qeyd olunur ki, raket zərbələri elektrik enerjisi və yanacaq təchizatında fasilələrə səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
1
herbiand.az

2Mənbələr