AZ

İndi oynadığım futboldan həqiqətən razıyam Çelsi nin vingeri

Fanat saytına istinadən ain.az xəbər verir.

Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Los Anceles"i 2:0 hesabı ilə məğlub edən "Çelsi"nin vingeri Pedru Netu oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 34-cü dəqiqədə hesabı açan futbolçunun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Özümü çox yaxşı hiss edirəm. Uyğunlaşmaya müəyyən qədər vaxt getdi. Müxtəlif mövqelərdə oynamışam. Bu, klubdakı ilk ilimdir. İndi oynadığım futboldan həqiqətən razıyam. Belə davam edəcəyimə ümidliyəm. 

Vurduğum qol? Nikolas Ceksona verdiyi ötürməyə görə təşəkkür etməliyəm. Qolu bayram edərkən onu yada salmadığım üçün mənimlə zarafatlaşdı. Ona görə də indi deyirəm: çox sağ ol, Niko!

Biz özümüzə inanmalıyıq. Mövsümü major notlarla bitirdik. Belə futbolçularla özünəinam səviyyəmiz həmişə yüksək olmalıdır. Bütün oyunlarda nəyə qadir olduğumuzu göstərməyə çalışmalıyıq".

Nihat 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr