AZ

İsrailin müdafiə naziri Ayətullah Xameneini hərbi cinayətlərdə ittiham edib

İsrailin müdafiə naziri İsrael Katz İranın ali dini lideri Ayətullah Əli Xameneinin mülki İsrail vətəndaşlarına qarşı hərbi cinayətlər törətdiyini iddia edib.

Operativ Media xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Bu baxımdan o, ABŞ-nin başçılıq etdiyi koalisiyanın ölkəsini işğal etməsindən sonra Amerika hərbçiləri tərəfindən əsir götürülərək edam edilən İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyini xatırladıb.

"Mən İran diktatorunu müharibə cinayətləri törətməyə və mülki İsrail sakinlərinə raket atmağa davam etməməsi barədə xəbərdarlıq edirəm. O, İsrail dövlətinə qarşı eyni yolu tutan İranın qonşu ölkəsində diktatorun başına gələnləri xatırlamalıdır", deyə o bildirib.

Seçilən
5
operativmedia.az

1Mənbələr