Bakı, 17 iyun, AZƏRTAC
Moldovada qadın idmançılar arasında keçirilən “Billie Jean King Cup” tennis turniri davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisi ev sahibi yığma ilə üz-üzə gələcək. Ölkəmizi məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn təmsil edir.
Qeyd edək ki, Azərbaycan yığması 3-cü qrupda mübarizə aparır. Komanda ötən gün açılış matçında irandiyalılara məğlub olub.