AZ

İran G7 ölkələrini qınadı: Bizim başqa seçimimiz varmı?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei G7 liderlərini İsrailin ölkəsinə qarşı “açıq-aşkar təcavüzə” məhəl qoymadıqlarına görə tənqid edib.

Sitat.info xəbər verir ki, ötən gün Tramp da daxil olmaqla bir sıra liderlər İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayaraq, “eskalasiyanı azaltmağa” çağırmışdılar.

“G7-yə üzv dövlətlər, xüsusən də BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü BMT üzvü olan dövlətə qarşı bu açıq-aşkar təcavüz aktına görə öz hüquqi və mənəvi məsuliyyətlərini öz üzərinə götürməlidirlər”, – deyə Baqai sosial mediada yazıb.

"Yüzlərlə günahsız insan öldürülüb, ictimai və dövlət obyektlərimiz, insanların evləri vəhşicəsinə dağıdılıb, xəstəxanalar və sağlamlıq mərkəzləri hədəfə alınıb. İran özünü qəddar təcavüzə qarşı müdafiə edir. İranın doğrudan da başqa seçimi varmı?"

Baqai deyib ki, regionda sabitlik yalnız “İsrailin təcavüzünə dərhal son qoyulandan” sonra gələcək.

Seymur,

Sitat.info

 

Seçilən
2
1
sitat.info

2Mənbələr