AZ

YAP Zəngilan rayon təşkilatında “17 İyun - Tibb işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir -Fotolar



İyunun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “17 iyun - Tibb işçilərinin peşə bayramı” münasibətilə tədbir keçirilib.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zəngilan RİH-nin məsul əməkdaşı, rayon səhiyyə sahəsində çalışan həkimlər, tibb bacıları, feldşerlər və digər tibbi heyət üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə tibb işçilərinin cəmiyyətimizdəki əvəzsiz rolundan danışaraq, onların fədakar və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın sağlamlıq hüququ dövlət tərəfindən qorunur və bu sahədə çalışan hər bir şəxsin əməyi bu hüququn təminində mühüm yer tutur.

Çıxışlarda həmçinin Ümummilli Lider Heydər Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğı, onun rəhbərliyi dövründə bu sahədə atılmış mühüm addımlar, eləcə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş davamlı siyasəti barədə ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində bir sıra tibb işçiləri səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanla təltif olunmuşdur.
Sonda çıxış edənlər bir daha bütün səhiyyə işçilərini bayram münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və hər zaman vətəndaşların duasını qazanmağı arzulamışlar.



Seçilən
14
aia.az

1Mənbələr