AZ

İran-İsrail münaqişəsində Azərbaycanın mövqeyi -

İran və İsrail arasında davam edən gərginlik təkcə iki ölkə ilə məhdudlaşmır, region dövlətlərini də birbaşa və dolayısı ilə təsiri altına alır. Bəs bu münaqişə fonunda Azərbaycan hansı mövqedən çıxış edir? Siyasi şərhçi Əziz Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın olduğu mövqe neytrallıq tələb edir: “Bu neytrallığın əsas səbəbi isə tarixi və mədəni aspektlər baxımından İranla bağlılığımızdır. Lakin strateji münasibətlər baxımından İsraillə münasibətlərimiz var. İndiki vəziyyətdə İranın sıradan çıxması və xüsusilə də əhalisinə ciddi zərərin dəyməsi vəziyyətin dərhal eskalasiyasına səbəb ola bilər. Belə olan halda bizi həm oradakı azərbaycanlıların taleyi, həm də sərhədlərimizin toxunulmazlığı məsələsi narahat edir. Çünki belə vəziyyətlərdə böyük insan kütləsinin qarşısını almaq mümkün olmur”. Ə.Əlibəylinin sözlərinə görə, bir tərəfdən strateji müttəfiqlik, digər tərəfdən isə yaxın qonşuluq və tarixi bağlar Azərbaycanı bəzən həssas duruma salır. Bu halda digər qüvvələr bizi konkret mövqe seçməyə məcbur etməyə çalışırlar. Bu isə özü-özlüyündə ciddi dezavantaj yaradır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
9
1
metbuat.az

2Mənbələr