AZ

Çin Dövlət Şurasının Baş nazirinin müavini SPIEF də iştirak edəcək

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin Dövlət Şurasının baş nazirinin müavini Din Syuesyan iyunun 19-dan 21-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edəcək.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun məlumat verib.

O, bildirib ki, Rusiya hökumətinin dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan iyunun 19-dan 21-dək 28-ci SPİEF-də iştirak edəcək.

Diplomat əlavə edib ki, Dinq Syuesyan Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək və aktual qlobal problemlərin həllinin effektiv yollarını müzakirə edəcək:

"Çin bütün tərəflərlə qarşılıqlı əlaqəni və mübadilələri gücləndirməyi, əməkdaşlıq məsələləri üzrə konsensusa nail olmağı, bərabər və nizamlı qlobal çoxqütblülük və inklüziv iqtisadi qloballaşmanı təşviq etməyi, həmçinin qlobal idarəetmənin optimallaşdırılmasına, qlobal inkişafın və rifahın təşviqinə təkan verməyi gözləyir".

Qeyd edək ki, SPIEF iyunun 18-dən 21-dək keçiriləcək. Əsas mövzu "Ümumi Dəyərlər – Çoxqütblü Dünyada İnkişafın Əsası"dır. Forumda "İnnovasiyalar ərazisi" tematik zonaları və "Rusiya al!" milli brendlər məkanı təqdim olunacaq. Proqrama KOBİ Forumu, Yaradıcı Sənayelər Forumu, “Gələcəyin Günü” Beynəlxalq Gənclər İqtisadi Forumu, Dərman Təhlükəsizliyi Forumu və Roscongress Urban Hub müzakirə platforması daxildir. Mədəni proqrama “Sankt-Peterburq fəsilləri” festivalı, həmçinin ənənəvi SPIEF İdman Oyunları daxil olacaq.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr