Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14953 nikah və 6784 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artb. Boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.