Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Uşaqların sağlam böyüməsində düzgün qidalanma əsas rol oynayır. Lakin son illərdə aparılan araşdırmalar göstərir ki, bir çox valideyn bilmədən uşaqlarına sağlamlığa zərərli olan qidalar verir. Bununla bağlı neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlama verib. O deyib ki, uşaqların sağlam və balanslı inkişafında düzgün qidalanma əsas amillərdən biri sayılır:“Gündəlik istehlak olunan bəzi məhsullar uşaqlarda piylənmə, diqqət dağınıqlığı, hiperaktivlik və digər sağlamlıq problemlərinə yol aça bilər. Konfet, şokolad, tort, paketlənmiş meyvə suları və qazlı içkilər şəkər miqdarı çox yüksək olan məhsullardır. Bu cür məhsullar uşaqlarda enerji balansını pozur, diqqət dağınıqlığı və hiperaktivliyə səbəb olur, diş çürüməsini sürətləndirir və piylənmə riskini artırır. Çipslər, krekerlər və digər hazır qəlyanaltılar yüksək duz və yağ tərkibli olub, böyrəklər və sinir sisteminə mənfi təsir göstərir. Həmçinin bu məhsullar uşaqda asılılıq yaradır. Uşaq qidalanmasında əsas prioritet təbii, balanslı və vitaminlə zəngin məhsullar olmalıdır. Meyvə-tərəvəz, tam taxıllar, süd məhsulları, yumurta, evdə hazırlanmış yeməklər və təmiz su sağlam böyümənin əsas dayaqlarıdır. Hər bir vərdişin formalaşması ailədən başlayır. Bu səbəbdən valideynlər uşaqların qida seçiminə nəzarət etməli, onlara sağlam seçimləri öyrətməli və evdə zərərli qidalardan uzaq durmalıdırlar”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.