AZ

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI LAYİHƏNİN İCRASINA BAŞLANILIB


“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində “Aşıqlar Qərbi
Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb. Bu barədə məlumat verən “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına
dəstək olmaqdır. Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün əsasən Qərbi
Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik
yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim
torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin
törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla Qərbi
Azərbaycandakı tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət
önünə gətirməkdir. M.Nəbioğlu həmçinin əlavə edib ki, layihənin həyata keçirilməsində əsasən
Qərbi Azərbaycan aşıqları və onların poetik yaradıcılığında Qərbi Azərbaycan
mövzusuna üstünlük veriləcəkdir. Bu da onunla bağlıdır ki, bu qədim
torpaqlarımızda yaşamış soydaşlarımız zaman-zaman erməni vandallarının
vəhşilikləri ilə üzləşmiş, soyqırım və qırğınlara məruz qalmış, öz dədə-baba
yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. Bütün bunlar isə aşıqların poetik
yaradıcılığında öz əksini tapmışdır.
Onların şeirlərində ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapır, eyni
zamanda bu şeirlər qədim yer-yurd adlarının öyrənilməsi və yaşadılması
baxımından əhəmiyyətlidir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

İradə SARIYEVA

Seçilən
0
3
baki-xeber.com

4Mənbələr