Müğənni İbrahim Borçalı vəfat edən bacısıoğlundan danışıb.
BAKU.WS xəbər verir ki, "Rəngarəng" verilişinə qonaq olan sənətçi onun gənc olduğunu və qəfildən dünyasını dəyişdiyini bildirib.
"Bacım oğlunu itirdim. 36-37 yaşı olardı. Heç ailə qurmamışdı. Ürəyində tromb yarandı. Oğlumun yanında dəfn etdik. Mənə övlad kimi idi. Xətrini çox istəyirdim. Ürəyi açıq sadə saf insan idi. Vaxtlı-vaxtında düzgün maülicə etdirmədi. Qəfildən vəfat etdi. Ailə də qurmamışdı. Subay idi" -deyə Borçalı qeyd edib.
Xatırladaq ki, İbrahim Borçalının da 21 yaşlı Rəhim isə 2020-ci ilin iyulunda Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.