AZ

Tramp “TikTok”un ABŞ-də bloklanmasını təxirə sala bilər


Ağ Ev rəhbəri Donald Tramp “TikTok”un ABŞ-də bloklanmasını təxirə sala bilər.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Tramp jurnalistin sualına cavabında bildirib. 
Amerika lideri həmçinin bildirib ki, ABŞ “TikTok”un yarısına sahib olmaq hüququna malik olmalıdır.
Tramp bunun Çin sosial şəbəkəsinin aktivləri ilə bağlı müqavilə bağlamaq üçün vacib olduğunu qeyd edib. 
“Bu, yəqin ki, Çindən təsdiq tələb edəcək, amma düşünürəm ki, biz bunu alacağıq. Düşünürəm ki, Çin sədri Si Cinpin son ​​nəticədə bunu təsdiq edəcək”, - Tramp bildirib.
Qeyd edək ki, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ölkədə platformanın bloklanmasını aprelin 5-dək təxirə salan sərəncam imzalayıb. O, həmçinin jurnalistlərə ABŞ-nin “TikTok”un yarısına sahib olmaq hüququna malik olduğunu deyib, lakin bunun nə demək olduğunu açıqlamayıb.
Seçilən
21
1
yeniavaz.com

2Mənbələr