AZ

Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-mayaylarında 7,1 milyon ton yük, 3,882 milyon sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə, yükdaşınmasında 7,7 faiz azalma, sərnişin daşınmasında isə 18,8 faizartım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə ölkədə ümumilikdə yük və sərnişindaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq 3faiz və 5,9 faiz artıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləritərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz,7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobilnəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.

Seçilən
12
az.trend.az

1Mənbələr