Pakistanın Baş nazir müavini və Xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib ki, İsrailin İrana hücumlarından əvvəl Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BƏƏA) iclasında İranın nüvə proqramı ilə bağlı səsvermədə lehinə səs vermələri üçün bəzi ölkələr onlardan bunu tələb ediblər.
Xalqcebhesi.az xəbər verir ki, Dar, İsrailin İrana 13 iyun tarixində həyata keçirdiyi hücumlar nəticəsində başlayan qarşıdurmalardan sonra Geo News kanalına açıqlamalar verib.
O qeyd edib ki, İsrailin hücumlarından bir gün əvvəl, yəni 12 iyun tarixində keçirilən BƏƏA iclasından öncə bəzi ölkələr Pakistanla əlaqə saxlayaraq, İranın nüvə proqramı ilə bağlı qətnaməyə dəstək vermələrini istəyiblər.
Dar bildirib ki, Pakistan bu tələbləri rədd edib və İranın nüvə proqramı əleyhinə səs verməyib.
Qeyd edək ki, 12 iyun tarixində BƏƏA-nın İdarə Heyətində keçirilən səsvermədə, İranın çağırışlara baxmayaraq kifayət qədər əməkdaşlıq etmədiyi və nüvə materiallarının bildirilməsi öhdəliyini yerinə yetirmədiyi ilə bağlı tənqidlərin yer aldığı qətnamə 19 səslə qəbul olunub.
Məryəm Quliyeva