AZ

Eşitmə məhdudiyyətli idmançılarımız Kişineuda keçirilən beynəlxalq turnirdən 6 medalla qayıdıblar

Azərbaycan Deflimpiya Komitəsinin eşitmə məhdudiyyətli karateçiləri Moldovanın paytaxtı Kişineuda keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində uğurlu nəticələr göstərərək  6 medal əldə ediblər.

Müxtəlif ölkələrdən 300-ə yaxın idmançının mübarizə apardığı yarışda Azərbaycandan 16 idmançı, o cümlədən deflimpiyaçı, yəni eşitmə məhdudiyyətli 6 idmançı iştirak edib.  Deflimpiyaçılarımız “Senior Deaf” kateqoriyasında nailiyyətlər qazanaraq 6 medala, o cümlədən 1 qızıl, 2 gümüş və 3 bürünc medala sahibləniblər.

Onlardan Elnur Qasımzadə (67 kq) qızıl medal, Hikmət Ağayev (60 kq) və Əliəkbər Əlizadə (75 kq) gümüş, Şaiq Osmanov (75 kq), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, idmançılarımız baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında turnirdə mübarizə aparıb.

Xatırladaq ki, eşitmə məhdudiyyətli şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafını, onların cəmiyyətə inteqrasiyasını və beynəlxalq idman arenalarında uğurlu təmsilçiliyini təmin etmək məqsədilə  2023-cü ilin oktyabrında Azərbaycan Deflimpiya Komitəsi yaradılıb və Komitə 2025-ci ildən Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) üzvüdür.

Seçilən
3
3
xalqqazeti.az

4Mənbələr