AZ

Kim Çen In Rusiyaya 5 min hərbçi göndərəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya yardım məqsədilə 5 min hərbi inşaatçını və 1 000 minaaxtaran mütəxəssisi Kursk vilayətinə göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen In ilə keçirilən danışıqlardan sonra bildirib.

Şoyqunun sözlərinə görə, tərəflər artıq bu məsələnin detalları üzərində işin son mərhələsindədirlər. O, bu addımı "koreya xalqının və şəxsən Kim Çen Inın qardaşlıq yardımı" kimi dəyərləndirib.

Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, yaxın günlərdə mütəxəssislərin hazırlanması və texniki təchizatı ilə bağlı işlərə başlanılacaq.

Bu addım Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığını daha da dərinləşdirdiyini, eyni zamanda Qərbin narahatlığına səbəb ola biləcək yeni geosiyasi yaxınlaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.

Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr