“Ordumuz Tehrandakı önəmli obyektlərə zərbələr endirməyə hazırlaşır. Onların arasında hökumət binaları, strateji əhəmiyyətli obyektlər və qərarların qəbul edildiyi məntəqələr də var”.
APA İsrail mediasına istinadən xəbər verir ki, bunu bu ölkənin müdafiə naziri İsrael Katz deyib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Tehran sakinlərinə müraciət edərək, onları təhlükəli ərazilərə səfərlərdən çəkinməyə çağırıb:
“Tehran ərazisində onlarla nüvə obyekti var. Biz onların məhv edilməsinə yaxınıq”.