ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin baş nazir Benyamin Netanyahu deyib ki, İsrail İrana qarşı hərbi kampaniyası ilə “Yaxın Şərqin simasını dəyişir” və bu, İranda “radikal dəyişikliklərə” səbəb ola bilər.
Sitat.info xəbər verir ki, bu barədə Əl-Cəzirə yazır.
İsrailin baş naziri Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplara istinad edərək deyib ki, İsrail “üç əsas məqsədi güdür: "Nüvə proqramının ləğvi, ballistik raket istehsal imkanlarının aradan qaldırılması və terrorizm oxunun aradan qaldırılması... Biz bu məqsədlərə çatmaq üçün lazım olanı edəcəyik və biz ABŞ-la yaxşı əlaqələndiririk".
Netanyahu, həmçinin İranın ali lideri Ayətullah Əli Xamneyini də öldürəcəyini istisna etməyib.
O bildirib ki, İsrailin hücumu İranın nüvə və raket proqramlarının yaratdığı “ekzistensial” təhdidlərin qarşısını almaq məqsədi daşıyır.
Seymur,
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.