AZ

Dünyada tanınan məşhur iranlı ziyalılar bəyanat verib

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış İranlı ziyalılar İsrail-İran müharibəsi ilə bağlı bəyanat verib. 

AzPost bildirir ki, mühacirətdə olan 7 nəfər məşhur insan və vətəndaş hüquqları müdafiəçiləri, görkəmli incəsənət xadimləri Beynəlxalq Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti İran İslam Respublikasını nüvə proqramına son qoymağa və müharibənin hər iki tərəfini hərbi hücumları dayandırmağa məcbur etmək üçün “təcili və qəti addımlar” atmağa çağıran bəyanat imzalayıb.

“Biz, bu bəyanatı imzalayanlar, İranın ərazi bütövlüyü və xalqın həqiqi suverenliyinin qorunub saxlanmasına qətiyyətlə vurğu edərək, İran tərəfindən uranın zənginləşdirilməsinin dayandırılmasını, İslam Respublikası ilə İsrailin hakim rejimi arasında dağıdıcı müharibənin dərhal dayandırılmasını tələb edirik; Hər iki ölkədə infrastrukturu və mülki insanların həyatını məhv etməklə yanaşı, bəşər sivilizasiyasının əsaslarına açıq təhlükə yaradan müharibənin!

Uranın zənginləşdirilməsi İran xalqının məsələsi deyil. İran və bu torpağın xalqı uranın zənginləşdirilməsinə və İslam Respublikasının ambisiyalarına qurban verilməməlidir. İslam Respublikasının hakim orqanları İranın daxili və xarici ixtilaflarını və münaqişələri həll etmək və yaxşı yol tapmaq üçün nə qüdrətə, nə də qabiliyyətə malik deyil.” – deyə bəyanatda bildirilir.

Bəyanatı Şirin Abadi (hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı), Nərgiz Məhəmmədi (hüquq müdafiəçisi, alim, Nobel Sülh Mükafatı laureatı ), Sadiqə Vasmagi (hüquqşünas, şair, islahatçı-siyasətçi), Şahnaz Akmali (İran rejiminə qarşı mübarizə fəalı, şəhid anası), Məhəmməd Rəsulof (ssenarist, prodüser, rejissor, Oskar Akademiyasının üzvü), Cəfər Pənahi (kinorejissor və ssenaristi, beynəlxalq kino mükafatları laureatı) və Əbdülfəttah Soltani (İnsan haqları üzrə tanınmış hüquqşünas, bu sahədə bir sıra beynəlxalq qurumların üzvü) imzalayıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
azpost.info

1Mənbələr