AZ

Erməni deputat: Kilsə dövlətə qarşı siyasi fəaliyyətə başlayıb – ÖZƏL

Ermənistanda kilsə ilə dövlət arasında qarşıdurma yeni deyil, bu proses çoxdan başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə 17 iyun tarixində parlamentdə jurnalistlərə açıqlamasında hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı, Milli Məclisin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sərkis Xandanyan bildirib.

O qeyd edib ki, münaqişənin əsası 2022-ci ildə prezident Vaagen Xaçatryanın inaqurasiya mərasimi zamanı qoyulub: "Tədbirdə siyasi hakimiyyət nümayəndələri yox idi, amma bütün ermənilərin Katolikosu iştirak edirdi və onun çıxışı siyasi müxalifət liderinin çıxışına bənzəyirdi".

Xandanyan vurğulayıb ki, kilsə öz səlahiyyət çərçivəsindən çıxaraq müxalif siyasi fəaliyyətə başlayıb. Deputat Katolikosun subaylıq andını pozduğuna dair ictimai narahatlığın da kilsə tərəfindən cavabsız qaldığını bildirib və əlavə edib: "Əgər cavab olsa, o zaman məsələləri müzakirə edə bilərik".

Sonda o qeyd edib ki, kilsənin daxildə və xaricdə geniş dəstəyə sahib olması iddiası da şübhə altındadır: "Əgər bu qədər dəstək olsaydı, kilsənin dəstəklədiyi 'Müqəddəs hərəkat' ötən il uğursuzluqla nəticələnməzdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr