Müğənni Aysel Manaflı həmkarı Vəfa Şərifovanı polisə verib.
News24.az xəbər verir ki, bu barədə Aysel özü məlumat yayıb. O iddia edib ki, Vəfa və iki övladının atası Famil Xəlilov onu şantaj edib. Hətta Vəfayla danışıqlarını paylaşan ifaçı bu sözləri yazıb:
“Günlərdir bu məsələyə görə mənə çox zənglər gəlir, suallar ünvanlanır. Mənə atılan şərlərə görə qanun qaşısında cavab veriləcək! Mən dövlətimizə və qanunlarımıza inanıram. Çox xahiş edirəm bu mövzuyla bağlı heç kim mənə zəng etməsin! Çünki bu məsələ artıq hüquqi müstəvidə həllini tapacaq".