"Onun nə dediyi məni maraqlandırmır. Məncə, onlar nüvə silahı hazırlamağa çox yaxın idilər", - deyə Trampın sözlərini CBS News telekanalının jurnalisti Cenifer Yakobs "X" sosial şəbəkəsində paylaşıb.
Qeyd edək ki, bu ilin mart ayında ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard Senatın xüsusi kəşfiyyat komitəsinin iclasında çıxış edərək, İranın nüvə silahı hazırlaması ilə bağlı aktiv fəaliyyət apardığına dair dəlillərin olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, İranın ali lideri Əli Xamenei 2003-cü ildə dayandırılmış nüvə proqramının bərpasına icazə verməyib. Bununla belə, Qabbard vurğulamışdı ki, ABŞ kəşfiyyat qurumları İranın nüvə fəaliyyəti ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Bu gün CNN telekanalı da mənbələrə istinadla xəbər verib ki, ABŞ kəşfiyyatı Tehran rejiminin nüvə silahı yaratmaq istəyi ilə bağlı aktiv planlarının olmadığını müəyyən edib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail "Qalxan şir" adını verdiyi əməliyyata başlayaraq İranın nüvə proqramına qarşı hərbi hücum həyata keçirmişdi. Bundan az sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə İsrail və İran arasında qarşılıqlı hücumlar davam edib. Hər iki tərəf bu hücumlar nəticəsində insan tələfatı və infrastruktur zərəri olduğunu təsdiqləsə də, itkilərin məhdud olduğunu bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31