İtaliyalı mütəxəssis Filippo İnzaqinin yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, o, "Palermo"nun yeni baş məşqçisi olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı məşqçi ilə 2+1 illik müqavilə imzalanıb. O, İtaliya B seriyası təmsilçisində işinə iyulun 1-də başlayacaq.
İnzaqinin son klubu "Piza" olub. O, klubdan bu il ayrılıb. Mütəxəssis karyerası ərzində "Milan", "Bolonya", "Venetsiya", "Benevento", "Breşiya", "Regina", "Salernitana"da da işləyib. F.İnzaqi məşhur məşqçi Simone İnzaqinin qardaşıdır.