AZ

7 9 saat yuxu idealdır Bundan çox yatmaq zehni performansı azaldır

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeni araşdırmalar

göstərir ki, istər yaşlı, istərsə də gənc insanlarda uzun müddət yatmaq zehni

fəaliyyətə mənfi təsir göstərir. 7–9 saat arası yuxu müddəti beyin sağlamlığı

üçün ideal hesab olunur.

Sherg.az xəbər verir

ki, araşdırmalara əsasən, 9 saatdan artıq yatan yaşlılar zehni testlərdə zəif

nəticələr göstərir. Xüsusilə depressiya keçmişi olanlarda bu təsir daha

qabarıqdır. Gənclərdə və yeniyetmələrdə də həm çox, həm də az yatma bilişsel

qabiliyyətlərə mənfi təsir edir.

Uzun yuxu –

xəbərdarlıq ola bilər

Bəzi hallarda çox

yatmaq sistemli bir sağlamlıq probleminin əlaməti ola bilər. Uzun müddət 9

saatdan çox yatmaq sadəcə yorğunluq deyil, depressiya, hipotiroidizm, xroniki

yorğunluq sindromu və ya neyroloji xəstəliklər kimi halların göstəricisi ola

bilər.

Depressiya və yuxu

əlaqəsi

Depressiyası olan

şəxslərin uzun yatdıqları halda belə, test nəticələri daha pis çıxır. Bu isə

depressiyanın yorğunluq, diqqətsizlik və yaddaş zəifləməsi kimi təsirləri ilə

əlaqələndirilir.

Əgər uzun müddətdir

hər gün 9 saatdan çox yatırsınız, amma yenə də yorğun, diqqətsiz və

motivasiyasız hiss edirsinizsə, bu depressiyanın əlamətidir.

Beyin sağlamlığı üçün

nə etmək lazımdır?

 

7–9 saat yuxu

yetərlidir

Yatıb-durma saatları

sabit olmalıdır

Ekranlardan uzaq

qalmaq, yuxudan əvvəl zehni rahatladacaq vərdişlər faydalıdır

Kofein, alkoqol və gec

yeyilən ağır yeməklərdən çəkinmək

Fiziki aktivlik, lakin

yatmazdan az əvvəl deyil

Davamlı yorğunluq və

diqqət əskikliyi varsa, psixiatra müraciət olunmalıdır

Nəticə: Yalnız çox

yatmaq deyil, niyə çox yatdığımız da vacibdir. Sağlam və balanslı həyat tərzi

ilə birlikdə, yuxu keyfiyyətini qorumaq beyin sağlamlığı üçün əsas faktorlardan

biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
sherg.az

1Mənbələr