Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.
İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.