ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyun tarixində "Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin növbəti – dördüncü təlimini keçirib.
" Cebheinfo.az " QHT.az-a istinadən xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təlimdə əsas diqqət, sosial media optimizasiyası (SMO) və rəqəmsal platformalarda effektiv fəaliyyət göstərmək üçün lazım olan biliklərin təqdimatına yönəldilib.
Təlimçi Pərvanə Fərhadqızı tərəfindən təşkil olunan təlim zamanı müzakirə olunan əsas mövzular arasında sosial media platformalarının optimizasiyası, brend tanıtımı üçün ödənişli reklamlar olmadan düzgün profil idarəetməsi, profil adı, şəkil, arxa fon seçimi və İnstagram və Facebook bio-nun effektiv istifadəsi yer alıb. Həmçinin, kontent menecmenti, axtarış və açar sözlərin düzgün istifadəsi haqqında məlumat verilib.
Təlim interaktiv şəkildə keçirilib və iştirakçılar, praktiki məşğələlər vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanına sahib olublar. Layihənin əsas hədəfi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək, onların əmək bazarına inteqrasiyasını və sosial-iqtisadi həyatda daha aktiv iştirakını təmin etməkdir.
Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar gələcək mərhələlərdə əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmək şansı əldə edəcəklər.
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.