AZ

Zəngəzur dəhlizini unudun, yollar olacaq Simonyan

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Biz ilk dəqiqədən İsraillə İran arasında başlayan hərbi əməliyyatların risklərini qiymətləndirdik. Biz onları səhər tezdən, gün çıxmadan əvvəl müzakirə etdik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O vurğulayıb ki, bir nömrəli risk bu müharibənin çox uzun müddət davam edə və fərqli xarakter almasıdır: "Başqa ölkələrin də cəlb olunması mümkündür. Bizə sabit qonşu lazımdır, baş verənlər bizim üçün qəbuledilməzdir".

Simonyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub: "Zəngəzur dəhlizini unudun, yollar olacaq, biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib. Bu barədə hər şey deyilib. O söhbət bağlanıb".

Ağarza Elçinoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
unikal.az

2Mənbələr