AZ

Sosial dövlət yolunda ortaya qoyulmuş siyasi iradə TƏHILİL

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər veridiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;

- ailə başçısını itirməyə görə 140 manat;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;

- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;

- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;

- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 manat, 7–13 yaş arası uşağa görə 600 manat, 14–18 yaş arası uşağa görə 650 manat;

- uşağın anadan olmasına görə 600 manat;

- dəfn üçün 600 manat.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən olunub:

- “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat;

- Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat;

- şəhid ailəsi üçün 700 manat;

- 20 Yanvar şəhidinin ailəsi üçün 700 manat;

- Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat;

- müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;

orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;

orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;

orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat;

ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 manat;

- ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat.

Eyni zamanda, iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 700 manat, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilib.

Göründüyü kimi, sosial ödənişlərin artırılması çox geniş kateqoriyaları əhatə edir və milyonlarla insanın gəlirlərinin artmasına səbəb olub. Bu artım, həssas qruplara, müharibə qəhrəmanlarına və əlillərə, himayəyə verilmiş uşaqlara və sair çox sayda kateqoriyadan olan insanlara dövlətin qayğısının əyani təzahürüdür.

Azərbaycan sosial dövlət strategiyası götürüb və dövlətin əsas prioriteti olaraq əhalinin sosial müdafiəsinin artırılması əsas məqsəddir. Məhz bu səbəbdən ölkəmizin dövlət büdcəsindən ayırlmaların təxminən 40 faizini sosial ayırmalar tutur.

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7,7 milyard manat təşkil edir ki, bu da, keçən ilin büdcəsinə nisbətən 727 milyon manat və ya 10,5% çoxdur.

Əmək pensiyalarının orta aylıq məbləğinin ilin sonuna 535 manata çatacağı gözlənilir. Yaşa görə pensiyanın orta aylıq məbləğinin keçən ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da keçən ilə nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.

Ümumiyyətlə son 5 ildə dövlət büdcəsindən social istiqamətdə ayrılan vəsaitin həcminin mütləq ifadədə 1,6 dəfə artması vacib məqamdır.

2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulmuşdur ki, bu da keçən illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Fondun 2025-ci il üçün proqnozlaşdırılan 260,7 milyon manat məbləğində xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 35 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 17 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 4 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə və 4,5 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.

Əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı davam etdirilir və İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsinin əsas hissəsini, təxminən 30%-ni təşkil edir. Növbəti ildə Nazirlik tərəfindən daha 8 min, Dünya Bankı layihəsi çərçivəsində 1,5 min nəfər olmaqla ümumilikdə 9,5 min ailənin özünüməşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Proqramın əhatə dairəsinin genişləndirilməsi, vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə 2025-ci ildə 7 yeni zərfin pilot olaraq tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq 4 yeni zərfin yaradılması istiqamətində araşdırmalar davam etdirilir və növbəti ildə tətbiq edilməsi planlaşdırılır.

2025-ci ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsilinin təşkili üzrə işlərə 35 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulur.

Ümumiyyətlə, 2025-ci ilin dövlət büdcəsinin 41 faizinin sosial istiqamətdə olması, əhalinin sosial müdafiəsinin 1 nömrəli prioritet olduğunu aydın göstərir. Düzdür, bütün dünyada olduğu kimi, Azərbaycanda da inflyasiya davam edir və bu əhalinin gəlirlərinin dəyərini azaldır, lakin dövlət mütamadi artımlarla bunu kompensasiya edir.

Sosial ödənişlərin artırılmasından əvvəl maaş və pensiyalarda da artımlar edilmişdir. Güman ki, il ərzində yenə də artımlar olacaq. Baxmayaraq ki, dünya bazarında neftin qiyməti əvvəlki illərə nisbətən əhəmiyyətlə dərəcədə ucuzlaşıb və bu da gəlirlərimizə təsir edir, dövlət sosial ayrmalara yönələn vəsaiti artırmaqda davam edir.

Ümumilikdə bizdə inflyasiya tempi digər ölkələrdən xeyli aşağıdır. Dövlət inflayasiya səviyyəsini minimumda saxlamağa çalışır ki, əhalinin sosial vəziyyəti pisləşməsin.

Bundan əlavə sosial artımlardakı ir sita istiqamətlər strateji məqsədləri güdür, məsələn 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən, 5–dən çox uşağı olan ailələrə verilən, himayəyə götürülən uşaqlara görə ayrılan, o cümlədən uşaq doğumuna görə ödənilən vəsaitin artırıması dövlətimizin əhalinin artımını stimullaşdırmaq və mövcd uşaqların sağlam böyüdülməsinə qayğısı kimi dəyərləndirmək olar.

Əlbəttə, mövcud ödənişlərin həcmi yüksək deyil, lakin hər şey maddi imkanlara bağlıdır, dövlətin maddi imkanları artdıqca bu kimi ödənişlərin də artması paralel olaraq gedir.

Əsas olan siyasi iradədir və Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev əhalinin sosial rifahının artırılması, vətəndaşların sağlam şəraitdə yaşaması üçün dövlətin bütün imkanlarıni səfərbər etmək siyasəti yürüdür.

Hazırda dövlərtimiz işğaldan azad edilmiş çox böyük ərzilərdə dağıdılmış şəhər və kəndlərin bərpası üçün çox nəhəng vəsaitlər xərcləməyə məcbur olur. Artıq çox böyük işlər həyata keçirilib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması işləri başa çatdıqdan sonra bu istqiamətdə xərclər kəskin azalacaq və bu vəsaitlərin də sosial ayırmalara yönəldilməsi mümkün olacaq.

Bir sözlə dünyada davam edən siyasi, iqtisadi və sosial öhranlara baxmayaraq Azərbaycanda həm iqtisadi, həm sosial sahədə inkişaf davam edir və bu cəhətdən xalqımızı heç bir təhlükə gözləmir. Çünki Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdədir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
30
sesqazeti.az

10Mənbələr