ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bu şəklin İranda çəkildiyi islam respublikasının bayrağının rəngləri ilə boyanmış raketdən bəllidir.
Şəkildəki əli-qolu, ayaqları kəndirlə sarınmış kişinin İsrail casusu olduğu iddia edilir.
Adamın təkcə əl-qolunu, ayaqlarını sarımayıblar, həm də onu uçuşa hazır vəziyyətə gətirilmiş raketin quyruğuna bağlayıblar.
İddia belədir ki, onu bu vəsilə ilə Təl-Əvivə və ya Hayfaya göndərmək, “casusunuza yiyə durun, özünüzə qaytarırıq” demək istəyirlər.
Əgər şəkil və niyyət gerçəkdirsə, bu hələ o demək deyil ki, kəndirlə raketə sarınmış adam İsrailə gedib çıxacaq.
Çünki o, nə raketin quyruğundan çıxan od-alova tab gətirə bilər, nə də raketin sürətindən doğan hava təzyiqinə. Yəni startdan az sonra onun cəsədi elə İran ərazisinə də düşəcək.
Ancaq edamın belə bir vəhşi növü dünyada ilk olacaq. İranın təbliğat məqsədilə istifadə etdiyi bu şəkil çox keçmədən İran rejiminin əleyhinə istifadə olunacaq.
Ağır cinayətlərdə ittiham olunan şəxslərin bir neçə saatın içində mühakimə olunması və edama məhkum edilməsi müasir dünyada qəbul olunmayan aktdır. Bu, güman ki, müharibə isterikası və psixozundan irəli gəlir.
Kəndirlə sarınmış şəxsin sakit oturması da diqqət çəkir: qara gününü qablayıb, taleyi ilə barışıb. Ya da ola bilər, bu, sırf casusları qorxutmaq səciyyəsi daşıyan görüntüdür. Gerçəkdirsə, ta heç nə.../Musavat.com
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.