AZ

SEPAH bəyanat yaydı: Rejim süqut edənə qədər…

İran İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 3” əməliyyatı ilə bağlı yeni bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi SEPAH-a istinadla məlumat yayıb.

“Əziz İran xalqına elan edilir ki, İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri tərəfindən əvvəlkindən daha güclü və dağıdıcı “Doğru vəd 3” əməliyyatının yeni dalğasına başlayıb.

Bu əməliyyatda istifadə edilən qabaqcıl texnologiyalar və unikal taktika sayəsində ABŞ və Qərb dövlətlərinin geniş dəstəyinə və rejimin ixtiyarında olan ən müasir müdafiə sistemlərinə baxmayaraq, raketlər işğal olunmuş ərazilərdə hədəflərinə uğurla çatıb.

Saxta sionist rejimin vacib nöqtələrinə qarşı effektiv, məqsədyönlü və sarsıdıcı əməliyyatlarımız bu rejim tamamilə məhv edilənə qədər davam edəcək”, - deyə bəyanatda qeyd edilib. /axar.az/

Seçilən
0
3
turkustan.az

4Mənbələr