"Rusiyalıların İrandan evakuasiyası əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir"...
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
O, İranda nə qədər Rusiya vətəndaşının qaldığı və onların nə qədərinin təxliyə olunmaq istədiyinə dair suala cavab verib.
"Çıxış əsasən vətəndaşlarımızın Azərbaycanla sərhəddəki keçid məntəqəsinə çatdırılması yolu ilə həyata keçirilir. Azərbaycanlı dostlarımız bu proses üçün əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya vətəndaşlarının koordinasiyası və evakuasiyası ilə bağlı işlər fasiləsiz davam etdirilir:
"Səfirlik diqqət mərkəzində olan vətəndaşların dəqiq sayını bilir, kimlərin təxliyə olunmaq istədiyini müəyyənləşdirib və onların təhlükəsizliyini yaxından izləyir ki, heç bir risklə üzləşməsinlər", - deyə Kremlin sözçüsü qeyd edib.
Rusiyanın Tehrandakı səfirliyinin məlumatına görə, 14-15 iyun tarixlərində azı 313 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub: 14 iyunda - Fyodor Bondarçukun çəkiliş qrupu da daxil olmaqla 88 nəfər, 15 iyunda - uşaqlar da daxil olmaqla 225 nəfər evakuasiya edilib. Təxliyə olunanlar sırasında Rusiya xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, Çaykovski adına Böyük Simfonik Orkestrin artistləri və digər Rusiya vətəndaşları yer alır.
Poliqon.info