AZ

Şairə Cığatel xanımın doğum günü FOTO

ain.az bildirir, Dogru.az portalına istinadən.

Bu gün müasir ədəbiyyatımızın sevilən simalarından biri, istedadlı şairə Cığatel xanımın doğum günüdür. Onun zəngin yaradıcılığı, dərin lirizmi və vətənpərvər mövqeyi oxucuların qəlbində xüsusi yer tutur.

Cığatel xanım ədəbiyyat aləminə qədəm qoyduğu ilk gündən sözə verdiyi dəyər, insanı düşündürən və duyğulandıran şeirləri ilə seçilmişdir. Onun yaradıcılığı Azərbaycan poeziyasına yeni nəfəs gətirmiş, gənc yazarlar üçün örnəyə çevrilmişdir.

Yaradıcılığında həm klassik ənənələrə bağlılıq, həm də müasir düşüncənin və hiss dünyasının ahəngi öz əksini tapır. Cığatel xanımın qələmindən çıxan şeirlər təkcə ədəbi dəyəri ilə deyil, həm də ruh yüksəkliyi və mənəvi gücü ilə oxucuları cəlb edir.

Cığatel xanımın qızı Leyla Camal anası ilə bağlı duyğularını bizimlə bölüşdü:

“Cığatel xanımı yaşadan xalqın sevgisidir. Anama arzum budur ki, tezliklə ‘Xalq Şairi’ adı alsın. Canı sağlam, ömrü uzun olsun. Hər zaman başımızın üstündən əskik olmasın.”

Əməkdar artist Rəhilə Bəndəliyeva Cığatel xanıma öz xoş sözlərini ünvanladı:

“Cığatel xanıma can sağlığı arzulayıram. Balalarının, nəvələrinin xeyrini görsün. Zəhmətkeş xanımdır. Öpürəm, bağrıma basıram.”

Əməkdar artist İlkin Əhmədov da fikirlərini Doğru.az-la bölüşdü:

“Cığatel xanımın poeziyasını, şeirlərini çox sevirəm. O, sənətə, xalqımıza çox lazımlı insandır. 100 il yaşasın, sağlam olsun, daim yaratsın. Heç vaxt ‘neynəyim, necə edim’ deməsin.”

Cığatel xanımı təbrik edənlər arasında müğənni Vasif Əzimov da yer aldı. Sənətçi ona can sağlığı, yaradıcılıq yolunda işıqlı və daim yüksək nailiyyətlər arzuladı.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Cığatel İsaqızı isə öz doğum günündə arzularını bizimlə bölüşdü:

“Bura qədər həyat bəzən məni yordu, amma bundan sonra özümə sağlam, səhvsiz yaşamaq, ilhamımın sönməməsini arzulayıram. Nə qədər ömrüm var, yaşamaq, yaratmaq istəyirəm.”

Aşıq Pəri Məclisi və Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Zülfiyyə də Cığatel xanıma öz arzularını ünvanladı:

“Cığatel xanıma ən gözəl nemət olan can sağlığı arzu edirəm. Onun qələminə, poeziyasına hamımızın ehtiyacı var. Allah onu qorusun.”

Zeynəb Abbasova

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
dogru.az

1Mənbələr