AZ

Rusiya Bakıya minnətdarlıq etdi

Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycana minnətdardır.

Aktual.az xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq”, – D.Peskov qeyd edib.

Onun sözlərinə görə, İrandan rusiyalıların təxliyəsi üzrə iş 24 saat davam edir.

Seçilən
0
1
ulusum.az

2Mənbələr