AZ

Neymarın atası: “Oğlum Messi ilə müqayisə edilməyə çalışmır”

“Santos”un 33 yaşlı braziliyalı ulduz hücumçusu Neymarın atası, oğlunun 2026-cı il dünya çempionatında iştirak arzusu haqda danışıb.

Arena.az “Marca” nəşrinin “Ekip” dərgisinə istinadı əsasında, ata Neymarın müvafiq açıqlamasını təqdim edir:

“O, Lionel Messi ilə müqayisə edilməyə çalışmır. O, dünya çempionatını özü üçün, Braziliya üçün, öz azarkeşləri üçün qazanmaq istəyir. Bunun üçün bütün şərtlər var. Komandamız cəlbediciliyə malikdir. Mən Neymarı Vinisius, Rodriqo, Rafinyanın yanında görürəm…”, deyə Neymarın atası vurğulayıb.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə Ekvador və Paraqvay yığmalarına qarşı seçmə mərhələ oyunlarına cəlb edilməyib. Belə ki, hazırda “Santos”da çıxış edən “Ney” yüngül zədə mənzərəsində formada olmaması ilə yanaşı, həm də koronavirusa yoluxub və hazırda təcrid şəraitində müalicə alır.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. Neymar milli komandada keçirdiyi oyun sayına görə 2-ci, qol sayına görə isə rekordçudur. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

Seçilən
9
arena.az

1Mənbələr