AZ

Bu müəllimlərin maaşı 1355 manat oldu 

  Ölkə üzrə 65 minə yaxın müəllim sertifikasiya imtahanına cəlb olunub.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O, qeyd edib ki, ölkə üzrə müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sertifikasiya prosesi davam edir:

"Bu il 65 minə yaxın müəllim sertifikasiya imtahanına cəlb olunub. Onların sırasında əsasən ümumtəhsil məktəblərində çalışan və əmək fəaliyyəti üzrə beş ildən artıq təcrübəsi olan müəllimlər yer alır. Sertifikasiya prosesi iki mərhələdən ibarətdir".

Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən bu proses müəllimlərin peşəkarlığının artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin biliklərinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu nəticəyə uyğun olaraq bir çox müəllimlərin maaşı 35 faiz artımla 1355 manat olub.//News24.az


Seçilən
0
2
referans.az

3Mənbələr