AZ

“SEPAH Bank”ın məlumat bazası məhv edildi

İsraillə əlaqəli olduğu bildirilən "Gonceşke Darande" ("yırtıcı sərçə") adlı haker qrupu İranın ABŞ sanksiyaları altında olan "Sepah Bank"ına qarşı genişmiqyaslı kiberhücum həyata keçirdiyini bildirib. Nəticədə, bankın məlumatları məhv edilib.

"Cebheinfo.az"-ın məlumatına görə, bununla bağlı, haker qrupu “X” hesabında  yazıb: ““SEPAH Bank" beynəlxalq sanksiyalardan yayınaraq İran xalqının pullarını terror nümayəndələrini, ballistik raket proqramını və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi. Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik".

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən "SEPAH Bank"ın xidmətləri fəaliyyətini dayandırıb.

Müşfiq Abdulla

"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr