AZ

Aİ: İran və İsrail arasında gərginliyin azaldılması təcili ehtiyacdır

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, İsrailin İrana hücumu ilə başlayan münaqişədən sonra Aİ xarici işlər nazirlərinin videokonfrans vasitəsilə fövqəladə iclasını keçirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kaya Kallas bildirib: "Biz hamımız razılaşdıq ki, gərginliyin azaldılması təcili ehtiyacdır. İran nüvə silahına malik ola bilməz. Bunun qarşısını almaq üçün həll yolu diplomatiyadır. Aİ üzərinə düşəni edəcək".

Kallas, həmçinin nazirlərin İranın İsrailə qarşı cavab tədbirləri nəticəsində yaranan gərginliyin artmasının diqqəti Qəzzada humanitar vəziyyətdən yayındırmaması mövzusunda həmfikir olduqlarını vurğulayıb və əlavə edib: “Humanitar yardımların dərhal və tam şəkildə daxil olmasına, atəşkəs və məhbusların azad edilməsinə çağırırıq”.

 

Seçilən
3
operativmedia.az

1Mənbələr