Kreml İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanmaya keçmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırır.
Leqal.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiyanın mümkün vasitəçiliyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü qeyd edib ki, Moskva İsrailin İranla "vasitəçilik xidmətlərinə müraciət etmək və ümumiyyətlə, sülh nizamlanmasına keçmək" istəmədiyini görür.
“Bilirsiniz ki, Rusiya tərəfi zərurət yaranarsa, belə vasitəçilik xidmətləri göstərməyə hazır olacağını açıqlayıb”, - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi, həmçinin qeyd edib ki, İsrail və İran arasında münaqişənin vəziyyəti sürətli eskalasiya yolundadır, onun gözlənilməzlik səviyyəsi mütləqdir: "Rusiya İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanma yoluna keçmək üçün maksimum təmkinli olmağa çağırır".
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta