"Neftçi"də növbəti ayrılıq gerçəkləşdi.
Uzun sürən danışıqlardan sonra Paytaxt təmsilçisi Dembo Darbo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyini açıqladı.
2026-cı ilin yayına qədər müqaviləsi olan qambiyalı heç də əli boş ölkəmizi tərk etməyib.
Ona 2 ayın maaşı miqdarında təzminat ödənilib.
Darbonun güzəşt getməsi isə "ağ qaralar"a olan sevgisinə görə deyil.
Təxminən eyni şərtlərlə özünə yeni klub tapdığı üçün istənilmədiyi yerdən getməyə razılaşıb.
Qeyd edək ki, 2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ